Bəşər Əsədin siyasəti qərbin əlinə oynayır - ŞƏRH
0
0
Yaxın və Orta Şərq ölkələrindəki hakimiyyət dəyişikliklərinin, cəmiyyətin ictimai-siyasi fəallığının, bu prosesin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin İrana da təsirsiz ötüşməyəcəyi istisna deyil. Tehran rəsmilərinin öz durumları barədə arxayın danışmasına baxmayaraq, çıxışlarının aqressivliyindən bunu duymaq mümkündür.
İran İnqilab Keşikçiləri Qvardiyasının rəsmi saytında adı çəkilən qurumun yüksək rütbəli hərbçisi deyib ki, Türkiyə Suriyanın daxili işlərinə qarışarsa, o zaman «İranın müqavimətinə tuş gələcək». Onun sözlərinə görə, ABŞ və Türkiyə Suriyanın iç işlərinə qarışarsa, o halda İraqın şimalında yeni Əfqanıstan yaranacaq: «Biz Amerika və Türkiyənin oradakı ticarət mərkəzlərinə, eləcə də kürdlərin hərbi bazalarına hərbi zərbələr endirəcəyik. Türkiyə Suriyaya ordu yeridərsə, onda biz Türkiyəyə savaş elan edib, bütün gücümüzlə Suriyanı dəstəkləyəcəyik».
İran Məclisinin təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin başçısı Əlaəddin Brücerdi Suriya ilə bağlı məsələyə münasibət bildirərkən bunları deyib: «İran yol verməyəcək ki, Suriya ABŞ-ın növbəti qurbanı olsun. Biz çalışacağıq ki, Suriya Fələstin müqavimətinin mərkəzi olaraq qalsın».
Onun sözlərinə görə, İran hakimiyyəti bu ölkəyə münasibətdə seçim etməlidir: «Ya biz Suriyanın Amerika tərəfindən işğalına, eyni halda NATO-nun bu ölkəyə hücumuna bəhanə verməliyik, ya da bu ölkədə münaqişəyə son vermək üçün Suriyaya yardım etməliyik.
Suriya hakimiyyətinin təklif etdiyi islahata diqqət edilməlidir. İran Suriyanın ABŞ-ın yürütdüyü siyasətə qurban getməsinə qarşı çıxacaq».
Tehran hakimiyyəti bölgədə özünə oxşarları müdafiə etməklə daha çox öz aqibətinin qayğısına qalmaqdadır. Çünki İslam Respublikasının mühasirə həlqəsi get-gedə daralmaqdadır. Suriya isə Tehran hakimiyyəti üçün bu mühasirə zəncirinin ən zərif, həssas, həyatı əhəmiyyətli hissəsidir. Hakimiyyət daha bir qonşu ölkə ərazisində NATO qoşunlarının yerləşməsindən rahatsızdır.
İran rəhbərliyi Suriyada baş verənlərə hələ qatılmadığını bildirsə də onun dəstəklədiyi «Hizbullah»ın B.Əsədə yardımını əsirgəmir. Ölkədə keçirilən son etiraz yürüşlərində aksiyaçılar «Hizbullah»ın bayrağını və lideri Həsən Nəsrullanın portretini yandırıblar.
Müxalifətçi suriyalılar xatırladıb ki, Misir, Yəmən, Bəhreyn, Tunisdə məsələsində «Hizbullah» ABŞ-ı və Qərbi «baş verənlərə ikili standartdan» yanaşmaqda suçlayırdı: «Ancaq Suriyada hakimiyyəti müdafiə etməklə, İran hakimiyyəti ilə eyni mövqedə durur».
“Hizbullah” təmsilçiləri də qonşu ölkədə baş verənlərə dözüm nümayiş etdirməyə səy göstərir. Qurumun rəhbərliyi etiraz aksiyalarının əzilməsində üzvlərinin iştirak etmədiyini bildirsələr də, belə təkziblərlə suriyalı müxalifətin etimadını çətin qazanalar. Çünki Suriyada hakimiyyətə qarşı aksiyalar başlayanda H.Nəsrulla bildirmişdi: «Bəşər Əsəd hakimiyyətinin devrilməsi Yaxın Şərqə nəzarət etmək üçün ABŞ və İsrailin əlinə oynayır. Əsəd xalqın tələblərini yerinə yetirməyə, islahat aparmağa hazırdır».
Maraqlıdır, bu vəziyyətdə Bəşər Əsədin apardığı siyasət, etiraz aksiyalarını gülləbaran etməsi NATO, ABŞ və İsrailin əlinə oynamaq deyilmi?
Sədrəddin Soltan