Rəsmi Tiflis  bir neçə strateji müəssisəni satır
11 avqust 2011 14:55 (UTC +04:00)

Rəsmi Tiflis bir neçə strateji müəssisəni satır

0
Gürcüstan hökuməti “Şimal-Cənub” magistral qaz borusunun sahibi olan “Gürcüstan neft və qaz korporasiyası”nın səhmlərini beynəlxalq birjalarda satışa çıxarmaq niyyətini açıqlayıb.
APA-nın məlumatına görə, Gürcüstanın enerji və təbii ehtiyatlar naziri Georqi Xetaquri bildirib ki, bu məsələ hökumətin son iclasında müzakirə edilib və müvafiq qanunvericilik dəyişiklikləri layihəsi bəyənilib.


Xetaquri səhmlərin London, Nyu-York və digər aparıcı birjalarda satışa çıxarılacağı haqda məlumat verib. İlkin dövrdə birjalarda səhmlərin 25 faizinin yerləşdirilməsi nəzərdə tutulur. “Gürcüstanın neft və qaz korporasiyası”ndan savayı səhmləri Qərb birjalarına çıxarılacaq dövlət şirkətləri arasında “Gürcüstan dəmir yolu”, “ Gürcüstan elektrik enerjisi sistemi” və strateji əhəmiyyətli digər şirkətlər də var. Xetaquri deyib ki, ilkin prosesə artıq start verilib: “Biz müvafiq tövsiyələr almaq və səhmləri birjalarda yerləşdirmək məqsədilə qeydiyyata başlamaq üçün sərmayəçi banklarla razılaşmışıq”.


Xetaqurinin bu açıqlaması Ermənistanda narahatlıqla qarşılanıb. Erməni nəşrləri Rusiyadan Ermənistana qaz idxal edilən kəmərin Gürcüstandan keçən hissəsinin taleyinin sual altına düşə biləcəyini yazır. Erməni qəzetləri borunun idarə edilməsi hüququnun Azərbaycan şirkətləri tərəfindən satın alına biləcəyini qeyd edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 622

Oxşar yazılar