İngiltərədə 3 müsəlman gənc öldürüldü - FOTO
11 avqust 2011 10:23 (UTC +04:00)

İngiltərədə 3 müsəlman gənc öldürüldü - FOTO

0
İngiltərənin paytaxtı London şəhərində başlayan iğtişaşların miqyası genişlənir. Lent.az-ın məlumatına görə, polislə toqquşmalar artıq Stratfor, Mançester, Vulherhempton və Birminhem kimi böyük şəhərlərə keçib. Bu arada iğtişaşlar zamanı qatı mühafizəkarlar daha sərt hərəkətləri ilə diqqət çəkir. Verilən məlumatlara görə, mühafizəkarların tərəfdarları olan bir qrup gənc 3 müsəlman gənci öldürüb. Beləliklə də London iğtişaşlarında ölənlərin sayı 4-ə çatıb.

Öldürülən müsəlmanların adları açıqlanmasa da, onların 21, 30 və 31 yaşlı şəxslər olduğu bildirilib. Hüquq-mühafizə orqanları isə aksiyaları dayandırmaq üçün daha böyük qüvvə səfərbər edib. Artıq 16 min nəfərlik polis-keşikçilərin xidmət apardığı açıqlanıb. Hökumət rəsmiləri hadisələrin dini-irqi müstəviyə keçəcəyindən ehtiyatlanır.

Qeyd edək ki, keçən həftə sonu Londonda polisə təslim olmaq istəməyən bir gəncin öldürülməsi şəhərdə qarışıqlıq yaratmış və daha sonra iğtişaşlar başlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 675

Oxşar yazılar