Çin ilk aviadaşıyıcısını okeana buraxdı
10 avqust 2011 13:32 (UTC +04:00)

Çin ilk aviadaşıyıcısını okeana buraxdı

0
Lent.az-ın məlumatına görə, skeleti Ukraynadan alınan gəmi hələ istismara tam hazır deyil. O, suda bir neçə gün test səyahəti keçdikdən sonra təkmilləşdirilmə prosesi davam etdiriləcək.

Hazırlanmasına SSRİ zamanından başlanılan gəmi sonradan Ukraynaya verilmişdi. Çinlilər hələ ki, “Varyaq” adlı gəminin yeni adını qoymayıblar. Çinə satılmazdan əvvəl silahları və motorları satılan gəmi körfəzdən motorsuz və sükansız keçirilmişdi.

Gəminin test səfərinin neçə gün davam edəcəyi bəlli deyil. Başqa bir məlumatda isə gəminin bu ayın 14-ə qədər test səfərini başa vuracağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 617

Oxşar yazılar