Londonun küçələri savaş meydanına döndü
09 avqust 2011 10:13 (UTC +04:00)

Londonun küçələri savaş meydanına döndü

0
Lent.az-ın Avropa mediasına istinadən verdiyi məlumata görə, şəhərin Tottenhem istiqamətindən başlayan etiraz aksiyaları çox keçmədən iğtişaşa çevrilib. Polislə qarşıdurmaya can atan gənclər şəhərin cənubunda və qərbində hadisələr törədirlər. Şəhərin hər tərəfində avtomobillər yandırılır, mağazalar dağıdılır, evlərin qapı-pəncərələri sındırılır. Artıq 215 nümayişçi saxlanılıb. Qarşıdurmalar zamanı 35-i polis olmaqla 100 nəfərə yaxın insan yaralanıb.

Son məlumatlara görə, iğtişaşlar Londondan ölkənin iri şəhərlərindən olan Birminhemə də sıçrayıb.

Qeyd edək ki, avqustun 7-də Londonda polisə müqavimət göstərən bir gənci öldürməsi İngiltərədə böyük rezonans doğurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 614

Oxşar yazılar