İranın yeni tapmacası - ŞƏRH
0
0
Rəsmi Tehran Yaxın Şərqdə fəaliyyət göstərən, «Həmas», «Hizbullah», «İslami-Cihad» kimi terrorçu təşkilatlarla əlaqədə olduğunu gizlətməsə də «əl-Qaidə» ilə münasibətlərinin mövcudluğunun inkar etməkdədir.
Ötən gün İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ramin Mehmanpərəst amerikalı məmurların İslam Respublikasını «əl-Qaidə» ilə əməkdaşlıqda suçlamalarını «əsassız» sayıb.
Ötən həftənin ortalarında Qərb mətbuatının yaydığı məlumata görə, ABŞ (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyinin təmsilçisi demişdi ki, prezident Barak Obama İran hakimiyyətini «əl-Qaidə» ilə pul köçürməsinə və yaraqlıların ölkə ərazisindən daşınmasına dair gizli razılıq əldə etdiyi üçün ittiham edib.
Həmin məlumata əsasən, Tehran rejimi terrorçu quruma yaraqlılarını Yaxın və Orta Şərqdən Əfqanıstana, eləcə də Pakistana ötürmək üçün «özəl kanal» yaradıb.
Nazirliyin məlumatına görə, Eyzəddin Əbdüləziz Xəlil adlı «əl-Qaidə»-çinin başçılığı altında bir bölmə 6 il İran ərazisində fəaliyyət göstərib. Pakistandakı «əl-Qaidə» rəhbərliyi çeşidli ərəb dövlətlərində təşkilat tərəfdarlarının yığdığı vəsaiti bu qrup vasitəsi ilə əldə edirmiş.
ABŞ Xəlilə və daha 5 silahdaşına sanksiya tətbiq edib. Onların bütün vəsaitinə həbs qoyulub. Amerika vətəndaşlarına onlarla işgüzar və ya maliyyə münasibəti saxlamaq yasaqlanıb.
R.Mehmanpərəst ABŞ Maliyyə Nazirliyinin bu xəbərini də təkzib edərək, Əfqanıstanda iranlı diplomatın belə qurumlar tərəfindən öldürüldüyünü misal çəkib.
Ancaq bəzi xəbərlər iranlı diplomatın dediklərini yalanlayır. Hələ bir il öncə «əl-Qaidə»-nin lideri Üsamə bin Ladənin ailəsinin İranda olduğunu Tehran inkar etməmişdi.
Onda bin Ladənin dördüncü oğlu Ömər «əl-Ərəbiyyə» telekanalına müsahibəsində bildirmişdi ki, əl-Qaidə ailəsinin «20 üzvü zorla İranda saxlanılır».
Onun sözlərinə görə, Tehran həmin «girovların» taleyi barəsində Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmaq istəmir: «Fikrimcə, ailə üzvlərimizin İrandan çıxması vaxtı yetişib. Ancaq ölkəni onların tərk etmək üçün və kimliklərini təsdiqləyəcək heç bir sənədi yoxdur. Odur ki, məsələyə üçüncü dövlətin qarışması vacibdir. Ailə üzvlərimizi qəbul edəcək dövlət Səudiyyə Ərəbistanıdır, İransa onları vermir. Osman (Tehranda saxlanılan qardaşı - S.S.) bir neçə gün öncə mənə zəng edərək tapşırdı ki, onların azad edilməsinə yardım göstərəcək, eləcə də onlara sığınacaq verəcək dövləti arayım».
Ömər bin Ladənin dediyinə görə, ABŞ onları qəbul etməkdən çəkinmir: «Qardaşlarıma qarşı ABŞ və istənilən başqa bir dövlət ittiham irəli sürməyib. Amerika ailə üzvlərimizin İslam Respublikasından çıxarılmasına da razılıq verib».
Ehtimal olunurdu ki, bin Ladənin 20 nəfərlik ailəsi Tehranda yaşayırmış. 2001-ci il sentyabrın 11-də baş vermiş məlum terror aksiyasından sonra onlar Əfqanıstandan İrana qaçıb.
İranda saxlanılanlar «dünyanın bir nömrəli terrorçusu» adını almış Üsamənin arvadlarından biri Həriyyə Sabir, oğlanları - Saad (30 yaş), Osman (27 yaş), Həmzə (19 yaş), qızı Fatimə (24 yaş) və onların həyat yoldaşları, uşaqlarıdır.
Bu xəbərdən də göründüyü kimi, Tehranın «əl-Qaidə» ilə əlaqəsi olub. Bin Ladən ailəsinin İranda sığınacaq tapması da bu münasibəti təsdiqləyən amillərdəndir. Çünki onlar arasında əlaqələr belə etibarlı olmasa idi, bin Ladən öz ailəsini Tehrana çətin etibar edərdi. Bu ailə ilə bağlı yuxarıdakı məsələnin siyasi alver məqsədi daşıdığı ehtimalı daha çoxdur. R,Mehmanpərəstin təkzibi isə heç şübhəsiz, diplomatik mahiyyət daşıyır.
Yada salaq ki, Tehran rəsmiləri taliblərlə də əməkdaşlıq etmədiklərini bildirir. Ancaq ötən il Amerikanın Əfqanıstandakı ordusunun generalı Mak Kristal bildirmişdi ki, onların əlində İranın Talibanı silah-sursatla təmin etməsi və təlimatlandırması haqda danılmaz faktlar var.
Beləliklə, Tehran hakimiyyətinin dünya üçün hazırladığı daha bir tapmacanın cavabı tapılmaqdadır. Bu, İran rejiminin «əl-Qaidə» ilə əlaqəsidir. Axı, bu terrorçuları kimlər dəstəkləyir? İlk cavab: biri-birinə qarşı olanlar…
Sədrəddin Soltan