Taliban NATO helikopterini vurdu: 33 hərbçi ölüb
08 avqust 2011 16:02 (UTC +04:00)

Taliban NATO helikopterini vurdu: 33 hərbçi ölüb

0
Lent.az-ın məlumatına görə, vertolyotda olan 33 nəfər ABŞ hərbçisinin hamısının öldüyü iddia edilir.

Talibanın sözçüsü Zabinullah Mücahid “Reuters”ə göndərdiyi mesajda bildirib ki, NATO təyyarəsini vurublar və 33 ABŞ hərbçisi öldürülüb.

Hələ ki, bu xəbər rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Onu da bildirək ki, Taliban ötən həftə də ABŞ ordusuna aid “Çinok” tipli vertolyot vurmuşdu. Hadisə nəticəsində 38 ABŞ hərbçisi ölmüşdü.

Əfqanlar təkcə bu il 338 ABŞ əsgərini qətlə yetiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 598

Oxşar yazılar