Səfir: “Cənubi Osetiyada kilsədə gürcü dilində ibadət etmək də yasaqdır”
0
0
Bu gün Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze rus-gürcü müharibəsinin üçüncü ildönümünə həsr olunmuş mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Gürcüstan səfiri ölkəsinin ərazi bütövlüyünün bu günə kimi Rusiya dövləti tərəfindən kobudcasına pozulduğunu vurğulayıb. Onun sözlərinə görə, Rusiyanın işğal etdiyi Cənubi Osetiya və Abxaziyada gürcülərə və Gürcüstana aid olan hər bir şey qadağan edilib: “Cənubi Osetiyada hətta kilsədə gürcü dilində ibadət etmək belə yasaqdır”.
Osetiya və Abxaziyadakı hökumətləri Rusiya tərəfindən idarə edilən oyuncaq rejim kimi səciyyələndirən Şaraşenidze Moskvanın yerli sakinlərə Rusiya pasportları payladığını xatırladıb: “Bu addım Rusiyanın ilhaqçılıq niyyətindən xəbər verir. 2008-ci ilin avqustunda rus ordusunun Gürcüstana hücumu Gürcüstan dövlətinin NATO və Avropa İttifaqının bir hissəsi olmaq arzusuna qarşı yönəlmişdi. Bundan savayı Gürcüstan Azərbaycanla bərabər transqafqaz nəqliyyat dəhlizi və transmilli enerji layihələrini həyata keçirib və Moskvanın təcavüzünün səbəblərindən biri də bu planları sıradan çıxarmaq idi”.
Müharibə zamanı Gürcüstanın maddi-texniki təchizatının Azərbaycan vasitəsilə davam etdiyini xatırladan səfir çətin günlərdə Azərbaycanın ölkəsinə verdiyi dəstəyi xüsusi qeyd edib.
Teymuraz Şaraşendizenin sözlərinə görə, indinin özündə də Rusiya müharibəyə hazırlaşır: “İşğal edilmiş ərazilərdə Rusiyanın gördüyü hazırlıq işləri bunu söyləməyə əsas verir”. Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanınmasını beynəlxalq birliyə meydana oxumaq kimi dəyərləndirən səfir gürcü xalqının öz dövlətinin ərazi bütövlüyünü bərpa etmək əzmindən vaz keçməyəcəyini bəyan edib.
Rusiyanın Ermənistandakı hərbi bazasına toxunan səfiri deyib ki, regiondakı istənilən hərbi baza bölgə üçün təhlükədir: “Medvedevin Gürcüstanla müharibənin Ermənistan və Azərbaycan üçün dərs olduğu haqda bəyanatı Moskvanın vasitəçi kimi region xalqlarına nə verə biləcəyinə aydınlıq gətirir”.