Tehran “antena ovu”na çıxıb
08 avqust 2011 11:04 (UTC +04:00)

Tehran “antena ovu”na çıxıb

0
Son günlər Azərbaycan şəhərlərində peyk antenalarının yığılması kampaniyasına başlanılıb.

GünAzTV-nin məlumatına əsasən, Salmas şəhərində İranın təhlükəsizlik qüvvələri məhkəmənin sanksiyası olmadan sakinlərin evlərinə soxularaq, mənzillərdə və onun yan-yörəsində yoxlama aparırlar. Hakimiyyət məmurları «peyk antenası» axtardıqlarını söyləyirlər.

Xəbərlərə əsasən, sakinlərin arasında tutulan və cərimələnənlər də var.

Yerli müşahidəçilərin dediyinə görə, İran televiziyalarının yayımladığı verilişlər ölkə vətəndaşlarının tələbatını heç bir sahə üzrə ödəmir. Bu üzdən də onlar xarici ölkələrin TV kanallarını izləmək məcburiyyətindədirlər.

Güney Azərbaycanda, eləcə də İranın bir çox yerlərində daha çox Türkiyə televiziyaları peyk antenaları vasitəsi ilə izlənilir. Yerli sakinlərin sözlərinə görə, hətta fars dillilər də qonşu ölkənin televiziya verilişlərinə baxmağa üstünlük verirlər.

Tehran hakimiyyəti bunun qarşısını almaq məqsədi ilə bir sıra hallarda xaricdən fars dilində yayımlanan TV-ləri maliyyələşdirir. İran rəhbərliyi bununla həm də fars dilindən uzaqlaşmanın qarşısını almağa çalışır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 647

Oxşar yazılar