Suriyada Ramazan qırğını: daha 80 ölü
0
0
Lent.az-ın məlumatına görə, Suriya ordusu avqustun 7-də imsaq vaxtı 9 gündür, mühasirədə saxladığı Deyr əl-Zor şəhərinə 250 tankla hücum edib. Şəhərdə 50 nəfərin öldürüldüyü bildirilir. Dünən ölkədəki öldürülən şəxslərin ümumi sayı isə 80-i keçib.
Prezident Bəşər Əsəd qətliamları müdafiə edərək, bunu “qanunsuzluq törədənlərə qarşı mübarizə” adlandırıb.
Qeyd edək ki, dünən Əsədlə BMT-nin baş katibi Pan Gi Mun arasında telefon söhbəti olub. BMT baş katibi Suriya prezidentinə dünya birliyinin narahatlığını çatdırıb.
Onu da bildirək ki, Suriya hakimiyyəti bu ilin sonuna qədər ölkədə azad və şəffaf parlament seçkisi keçiriləcəyi vədini edib.
Xatırladaq ki, Suriyada qanlı hadisələrin başladığı mart ayından bəri 2 min adamın öldürüldüyü, minlərlə şəxsin isə həbs edildiyi bildirilir.