Taliban Əfqanıstanda NATO-nun daha bir vertolyotunu vurdu
0
0
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, NATO və Əfqan rəsmiləri vertolyotun dünən bu bölgədə Talibana qarşı keçirilən əməliyyatdan sonra vurulduğunu açıqlayıb. Vertolyotun Taliban terrorçularının çox güclü olduğu bir bölgədə vurulduğu qeyd edilir. Vurulan vertolyotda neçə nəfərin öldüyü və ya yaralandığı barədə heç bir məlumat verilməyib.
Taliban sözçüsü Zabiullah Mücahid vertolyotun onlar tərəfindən vurulduğunu bildirib. Mücahid vertolyotda olanların hamısının öldüyünü vurğulayıb, eyni zamanda bildirib ki, Talibandan da 8 nəfər öldürülüb.
Qeyd edək ki, bu hadisə ilə birlikdə son bir ildə Əfqanıstanda vurulan NATO təyyarə və ya vertolyotlarının sayı 17 olub.