Yuliya Timoşenko həbs olunub
05 avqust 2011 19:25 (UTC +04:00)

Yuliya Timoşenko həbs olunub

0
Kiyev rayon Peçorsk məhkəməsinin hakimi Rodion Kireyev Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbs olunması barədə vəsatəti təmin edib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Yuliya Timoşenko barədə həbs qərarı onun məhkəmədə şahidlərin ifadə verməsinə mane olması, prosesi sistemli şəkildə pozması ilə əsaslandırılıb. Hakim qərarı elan etdikdən sonra bir neçə milis əməkdaşı məhkəmə zalına daxil olub və Yuliya Timoşenkonun əyləşdiyi masanı dövrəyə alıblar. Hazırda məhkəmə prosesi yekunlaşmaqdadır, Yuliya Timoşenkonun məhkəmə zalından həbs olunaraq istintaq təcridxanasına aparılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1229

Oxşar yazılar