İraqda qanlı statistika
05 avqust 2011 23:17 (UTC +04:00)

İraqda qanlı statistika

0
İyul ayında İraqda törədilən partlayışlar nəticəsində 259 nəfər ölüb. Lent.az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, ötən ay partlayışlarda 453 nəfər yaralanıb.


İraq Müdafiə, Daxili İşlər və Səhiyyə nazirliklilərinin birgə məlumatına görə, ölkənin bütün əyalətlərində ötən ay 159 mülki şəxs, 44 hərbçi və 56 polis ölüb. Yaralanan 453 nəfərdən 199-u mülki şəxs, 119-u hərbçi, 135 isə polis olub. İyul ayı 2011-ci ildə ən çox qan tökülən aydır.


Qeyd edək ki, İraqda iyunda 271 nəfər ölmüş, 454 nəfər isə yaralanmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 534

Oxşar yazılar