Suriyada müsəlmanlığa sığmayan dəhşət
04 avqust 2011 16:54 (UTC +04:00)

Suriyada müsəlmanlığa sığmayan dəhşət

0
Suriyada davam edən qətliamlarda ölənlərin cəsədlərini Asi çayına atırlar.

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, bu barədə görüntüləri dünən Suriya Dövlət Televiziyasında yayımlanıb. Görüntülərdən bəlli olur ki, hadisə ölkənin Hama vilayətinin Kazo kəndində baş verib.

Yük maşınına doldurulan 7 cəsəd çayın üzərindəki körpüyə gətirilir və camaatın gözləri önündə körpüdən aşağı atılır.

Suriya dövlət televiziyasının məlumatına görə, suya atılan meyitlər üsyançılar tərəfindən öldürülən polislərin cəsədləridir.

Üsyançılar isə onlara ünvanlanan ittihamı qəbul etməyərək, bunun Bəşər Əsad tərəfindən polislərin cinayətlərinin ört-basdır edilməsi üçün həyata keçirildiyini iddia ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1715

Oxşar yazılar