Türkiyə ordusunun yeni komandanları bilindi
0
0
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, 3 gün davam edən Ali Hərbi Şurada çıxarılan qərarlar president Abdullah Gülə təqdim edilmişdi. Bu gün isə prezidentin təsdiqinin ardınca ictimaiyyətə açıqlanıb.
Beləliklə, Türkiyə Baş Qərargah rəisi postuna keçmiş Quru Qoşunları Komandanı Necdət Özəl gətirilib. Onun keçmiş postuna isə 1-ci ordu komandanı general Hayri Kıvrıkoğlu təyin edilib.
Donanma komandanı Emin Murat Bilgəl Dəniz Qoşunları komandanı olub.
Hava qüvvələri komandanlığına isə Mehmət Ərtəm gətirilib.
Jandarma baş komandanlığına Bəkir Kalyoncu təyin edilib.