Qəddafinin “ölüm siyahısı”
03 avqust 2011 12:42 (UTC +04:00)

Qəddafinin “ölüm siyahısı”

0
Liviya müxalifətinin nümayəndələri Qəddafinin hazırladığı, 60 nəfərin adının qeyd olunduğu “ölüm siyahısı”nı tapdıqlarını iddia ediblər.

Lent.az-ın “dünyabülteni”nə istinadən xəbərinə görə, siyahıda adı olan şəxslər Benqaziyə girən Qəddafi tərəfdarı silahlı dəstələrin hədəfi ola bilərlər.

Müxalifətin nümayəndəsi Mustafa əl Saqazli deyib ki, siyahıda əsasən Milli Keçid Şurasının, Hərbi Şuranın və mülki idarədə olan müxalifət nümayəndələrinin adları var.

Mənbə bildirib ki, siyahı Benqazidə döyüşən Qəddafi tərəfdarlarından götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 696

Oxşar yazılar