Ermənistanın işığını İranla Türkmənistan yandıracaq
02 avqust 2011 14:27 (UTC +04:00)

Ermənistanın işığını İranla Türkmənistan yandıracaq

0
Lent.az-ın məlumatına görə, Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan Tehranda səfərdə olub.

O, İslam Respublikası energetika nazirinin müavini Məhəmməd Behzadla görüşüb. Tərəflər iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlığı genişləndirməyin vacibliyin vurğulayıb. Müavin bildirib ki, Ermənistanın Meğri rayonunda tikilən Su Elektrik Stansiyasında işlər başa çatmaq üzrədir. Onun sözlərinə görə, Ermənistan tikinti ilə bağlı imzalanmış müqavilənin şərtlərinə, eləcə də maliyyə təminatına əməl etməyib.

M.Behzad onu da bildirib ki, Türkmənistanın elektrik enerjisinin İran ərazisindən keçərək, Ermənistana ötürülməsinə dair Aşqabadda üç dövlətin təmsilçiləri arasında uyğun danışıqlar aparılıb, anlaşmanın mətni artıq imzalanmağa hazırdır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar