İran “casus” amerikalıları buraxacaq?
0
0
Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına əsasən, ölkənin baş prokuroru Qulamhüseyn Möhsüni-Ejei ərəb dilli “əl-Aləm” telekanalına müsahibəsində deyib ki, yaxın günlərdə hökm oxunacaq.
Onun sözlərinə görə, “hüquqi məsələlər başa çatıb”.
Xatırladaq ki, 2009-cu il iyulun 31-də İran-İraq sərhədində üç turist amerikalı tutulmuşdu. 28 yaşlı Şeyn Baver və Coşua Fettal, 32 yaşlı Sara Şord ABŞ-ın xeyrinə casusluqda şübhəli bilinərək, İranda həbsxanada saxlanılırdı. Saxlanılanlar yaxınları vasitəsi ilə bildirmişdilər ki, onlar dağa səyəhət edərkən, İraqın Şimalındakı dağlarda azıblar.
Vaşinqton isə israrla bəyan edir ki, ABŞ vətəndaşlarına qarşı bütün ittihamlar əsassızdır.
İranın təhlükəsizlik qurumları 3 amerikalını ABŞ-ın kəşfiyyat xidmətinə “casusluqda” suçlayır.
Tutulanlardan birinin, Sara Şordun anası İranın ali rəhbəri ayətullah Xamneyiyə müraciət edərək, övladı və onun dostlarının səhvən İran ərazisinə keçdiklərini, onların “İrana zərər vurmaq niyyəti olmadıqlarını” bildirmişdi.
Ötən ilin payızında Tehran hakimiyyəti ABŞ vətəndaşı Sara Şordu 500 min dollar girov qarşılığında sərbəst buraxdı.
Onda Tehran prokuroru Abbas Cəfəri-Dövlətabadi məsələ ilə bağlı belə açıqlama vermişdi: “Amerikalı casus 500 min dollarlıq girov qarşılığında sərbəst buraxıla bilər. O biri iki amerikalı isə dəmir barmaqlıqlar arxasında saxlanılacaq”.
İran hakimiyyəti bunu “humanitar davranış” adlandırırdı. Sən demə, bu “davranışın” qiyməti cəmi 500 min dollar imiş. Elə məhbusların valideynlərinin İranın ali rəhbəri ayətullah Xamneyiyə müraciətini də bu baxımdan faydasız saymaq olar.
Yeri gəlmişkən, Sara Şord İrandakı günləri barədə film çəkmək niyyətindədir. Bu sənədli film onun dostları (hələ də həbsdə olan Şeyn Baver və Coşua Fettal) ilə birlikdə İran həbsxanasında keçirdikləri vaxtdan bəhs edəcək.
25 dəqiqəlik bu film “Şena və Coşanı azad edin - əzablar haqqında təcili istək” adlanacaq. Filmin rejissoru və prodüseri Cef Kaufman olacaq.
Onu da xatırladaq ki, ETTELAAT naziri Heydər Müslehi br neçə ay öncə jurnalistlərə açıqlamasında bildirib ki, İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə işləyən 45 nəfəri müəyyənləşdiriblər. Nazirin sözlərinə görə, onlardan 30-unu tutublar, qalanı isə başqa dövlətlərin ərazisindədir.
Hər halda, 2 amerikalı barəsində çıxarılacaq hökmü həm də İran hakimiyyətinin ABŞ-a münasibətinin göstəricisi də kimi dəyərləndirmək olar.
Sədrəddin Soltan