Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Komandanı dəyişdi
30 iyul 2011 09:51 (UTC +04:00)

Türkiyə Silahlı Qüvvələri Quru Qoşunları Komandanı dəyişdi

Cnnturk.com-un məlumatına görə, qərarnaməni Türkiyə prezidenti Abdullah Gül imzalayıb.

Digər qərarla general Necdət Özəl Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin olunub.

Xatırladaq ki, dünən Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İşık Koşaner erkən təqaüdə getmək barədə müraciət edib. Türkiyə Quru, Hava və Dəniz Qüvvələrinin komandanları Erdal Ceylanoğlu, Hasan Aksay və Uğur Yiğit də İşık Koşanerlə analoji addım atıblar.

İşık Koşanerin erkən təqaüdə getmək barədə müraciətinə müsbət cavab verilməsi barədə Türkiyə nazirlər kabinetinin qərarı prezident Abdullah Gül tərəfindən təsdiqlənib. Türkiyə Quru, Hava və Dəniz Qüvvələrinin komandanları Erdal Ceylanoğlu, Hasan Aksay və Uğur Yigitin erkən təqaüdə getmək barədə müraciətlərinə Milli müdafiə naziri müsbət cavab verib. Beləliklə hər 4 komandan artıq rəsmi olaraq təqaüdə çıxmış sayılırlar. Türkiyə Silahlı Qüvvələrinin 27-ci Baş Qərargah Rəisi olan ordu generalı İşık Koşaner 2010-cu il avqustun 30-dan etibarən bu vəzifədə idi.

Qeyd edək ki, avqustun 1-də Ali Hərbi Şuranın iclası keçiriləcək. Baş qərargah rəisi postuna yeni təyinat Ali Hərbi Şuranın iclasında müəyyənləşə bilər. Artıq bu şəxsin ordu generalı Necdət Özəl olacağı heç kəsdə şübhə doğurmur.

Ordu generalı Necdət Özəl 1950-ci ildə Ankarada anadan olub. 1980-ci ildə Quru qoşunları Hərbi Akademiyasını bitirib. 2010-cu il avqustun 4-dən etibarən Jandarma Baş Komandanı idi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar