Norveçli qatil başqa terror aktları da planlayırmış
Lent.az-ın Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə mətbuata məlumat verən norveçli qatilin vəkili Geir Lippestad Breyvikin başqa qətllər də planladığını, ancaq hadisələrin onun istədiyi kimi inkişaf etmədiyini bildirib. Bu arada Norveç polisi silahlı basqında ölən 76 nəfərin adlarını açıqlamağa başlayıb. Norveç polisi bildirib ki, öldürülən şəxslərin hamısının şəxsiyyəti artıq müəyyənləşib.
Onu da qeyd edək ki, Breyvik iki psixiatr tərəfindən müayinə olunacaq. Ruh və əsəb xəstəlikləri mütəxəssislərinin Breyvik üzərində aparacaqları analizlərin nəticələrini noyabr ayının 1-ə qədər yekunlaşdıracaqları bildirilib.

654