İran-Türkiyə qaz kəməri partladılıb
29 iyul 2011 18:30 (UTC +04:00)

İran-Türkiyə qaz kəməri partladılıb

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda İran qaz şirkəti mətbuat xidmətinin katibi Məcid Bucarzadə bildirib.

Məlumata əsasən, bu gün Qərbi Azərbaycan əyalətinin Bazargan sərhəd məntəqəsində Türkiyəyə gedən «mavi yanacaq» kəməri partladılıb. Hadisə yerində təmir-bərpa işləri aparılır. İş başa çatdıqdan sonra yanacağın verilməsi gözlənilir.

Xatırladaq ki, ötən il də iki dəfə oxşar olay baş vermişdi. Tehran tərəfi onda bildirdi ki, bu partlayışı terrorçu kürdlər törədib.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar