Beynəlxalq “Azad Media Öncülü” mükafatının qalibi məlum oldu
Mükafatın seçimi prosesində Azərbaycan jurnalistləri də iştirak edib
Beynəlxalq Mətbuat İnstitutu (BMİ) özünün ən ali mükafatı - 2011-ci ilin “Azad Media Öncülü”nün qalibini müəyyənləşdirib. Builki mükafatı Tunisin tanınmış “Kalima” radiosu qazanıb. Bu barədə Lent.az-a BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, bu mükafat adətən öz ölkələrində medianın azadlığı və müstəqilliyi üçün mübarizə aparan media orqanlarına, jurnalistlərə və ya jurnalist qurumlarına verilir: “Beynəlxalq Mətbuat İnstitutunun “Azad Media Öncülü” mükafatı öz ölkələrində medianın azadlığı və müstəqilliyi üçün mübarizə aparan media orqanlarının, jurnalistlərin və ya jurnalist qurumlarının təltif edilməsi üçün 1996-cı ildə təsis edilib. Əvvəlki illər bu mükafat bir sıra ölkələrin seçilən mətbuatı, TV və radio kanalları, jurnalist qurumları və xəbər agentliklərinə təqdim olunmuşdur. Radio Kalima 2000-ci ildə Tunisin tanınmış jurnalistləri Naziha Razjib və Sihem Bensedrine tərəfindən yaradılıb. Yarandığı gündən radionun kollektivi Tunisin keçmiş prezidenti Ben Əli və onun hakimiyyəti tərəfindən daim təzyiqlərə, basqılara və məhrumiyyətlərə məruz qalıb, cinayət məsuliyyətinə cəlb olunub. Bu səbəbdən də bir müddət Radia Kalima müxtəlif formalardan istifadə edərək gizli fəaliyyət göstərməyə məcbur olub. Dəfələrlə Radionun əməkdaşları polislər tərəfindən döyülüb, qanunsuz həbslərə və zorakılığa məruz qalıbdır”.
U.Rəhimoğlu bildirib ki, BMİ rəhbərliyinin hələ ilin əvvəlindən “Azad Media Öncülü” seçiminin bu dəfə qurumun Azərbaycan Milli Komitəsi tərəfindən koordinə edilməsi barədə qərar qəbul etmişdi. Milli Komitə isə bu işi komitənin üzvü Azər Həsrətə həvalə etmişdir. Dünyanın müxtəlif ölkələrindən daxil olan müraciətlər BMİ-nin rəhbərliyi tərəfindən ətraflı müzakirə edildikdən sonra bu qərar qəbul olunub. Qərarı BMİ-nin icraçı direktoru Alison Makenze elan edib.
A.Makenze Radio Kalimanın Tunisdə müstəqil və azad sözün siması adlandırıb. O, Tunisdə medianın problemlərinin hələ çox olduğunu xatırladaraq onların həlli istiqamətində lazımı addımlar atılmasının vacibliyini deyib. Xanım Alison bu mükafatın verilməsi ilə BMİ-nin həm də Tunisdə söz azadlığının qorunmasına, müstəqil medianın inkişafına dəstək olduğunu deyib.
Qeyd edək ki, qaliblər arasında Azərbaycan jurnalistikasının tanınmış nümayəndəsi Azər Həsrətin başçılıq etdiyi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN – www.cascfen.net) qurum da var.
Xatırladaq ki, mükafat 24–27 sentyabrda Tayvanın paytaxtı Taypeydə təşkil olunacaq BMİ Dünya Qurultayı və Baş Məclisi zamanı xüsusi törənlə sahibinə təqdim ediləcək.

481