Peres fələstinlilərlə gizli danışır
Lent.az-ın «MIGnews»-a istinadən məlumatına görə, bununla o, cari ilin sentyabrında Fələstinin bir tərəfli qaydada öz müstəqilliyini elan etməsinin qarşısını almağa çalışıb.
İsraildə çıxan «Haarets» qəzetinin yazdığına əsasən, Ş.Peres Fələstin təmsilçisi Sahib Ərəkatla görüşüb. Onların İordan çayının Qərbindəki ərazilərin bölünməsi, Şərqi Qüdsün problemlərini müzakirə etdikləri bildirilir. Ancaq əslində onların Fələstin dövlətinin elan olunması məsələsindən danışdıqları bildirilib.
Fələstinin Ramalladakı məsullarından biri təsdiq edib ki, Ərəkat Pereslə bu həftə bir neçə dəfə görüşüb.
Peres isə görüşlə bağlı bunları söyləyib: «Mən bütün tərəflərlə danışıram. Bilirəm ki, tərəflərin mövqeyində irəliləyiş var. Fikri ayrılıqları isə elə önəmli dərəcədə deyil». Jurnalistlərlə görüşündə yəhudi prezidenti hər iki tərəfi danışıqlar masasına çağırıb: «Məsələyə belə yanaşma sentyabrı daha ümidverici edəcək. Mənə elə gəlir ki, fələstinlilər münaqişəli danışıqlarla BMT-yə girmək istəyirlər» .
Onu da xatırladaq ki, ötən gün İranın xarici işlər naziri Ələkbər Salehi Fələstinin qaçqınların işi üzrə naziri Ataulla Əbu əs-Sabahla görüşüb. İranlı diplomat bildirib ki, İslam Respublikası Fələstin torpaqlarının «işğaldan tam azad olunmasını» dəstəkləyir.
Sədrəddin Soltan

499