Liviya üsyançılarının lideri qətlə yetirildi
Liviya üsyançılarının hərbi qüvvələrinin komandiri Abdel Fəttah Yunis və onun iki köməkçisi naməlum silahlı şəxslər tərəfindən öldürülüb. APA-nın məlumatına görə, bu barədə xəbəri Liviyanın Milli keçid Şurasının rəhbəri Mustafa Abdel Cəlil yayıb. O bildirib ki, Yunis ətrafında Qəddafi qüvvələri ilə döyüşlər gedən Marsa-el-Breqa şəhərindən dindirilmək üçün Benqaziya çağırılıb. Lakin Yunis və onun iki köməkçisi dindirilmədən bir qədər əvvəl Benqazidə naməlum silahlı qrup tərəfində qətlə yetirilib.
Mustafa Abdel Cəlil deyib ki, hücum edən silahlı qrupun başçısı həbs edilib. Lakin o hadisənin təfərrüatını açıqlamayıb. Yunisin Benqazidəki evi hal-hazırda əsgərlər tərəfindən mühasirəyə alıb.
Qəddafi hökumətinin keçmiş təhlükəsizlik naziri Abdel Fəttah Yunis bu ilin fevralında üsyançıların tərəfinə keçib və müxalifətin hərbi qüvvələrinə başçılıq edib.

518