BMT İraqı 1 milyard dollar cərimələdi
28 iyul 2011 15:40 (UTC +04:00)

BMT İraqı 1 milyard dollar cərimələdi

Lent.az-ın “dünyabülteni”nə istinadən xəbərinə görə, BMT-nin Kompensasiya Komissiyası Küveytin işğalı zamanı zərər görən yerli əhaliyə 1 milyard dollardan artıq kompensasiya ödənilməsi barədə qərarı təsdiqləyib.

İraqın Neft Fondundan alınacaq bu pulun Küveytdə fəaliyyət göstərən 5 şirkət, 4 dövlət və beynəlxalq təşkilata veriləcəyi bildirilib.

Qeyd edək ki, BMT-nin Kompensasiya Komissiyası daha əvvəl də İraq neft gəlirlərinin 25 faizinə qadağa qoymuşdu.

Xatırladaq ki, İraqın keçmiş lideri Səddam Hüseyn 1990-1991-ci illərdə Küveyti işğal etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar