Suriyada 3 min nəfər itkin düşüb
28 iyul 2011 15:37 (UTC +04:00)

Suriyada 3 min nəfər itkin düşüb

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Suriyanın Avaaz adlı QHT-si yaydığı məlumatda bildirib ki, bu il martın 15-dən bəri hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 2918 suriyalının taleyindən heç bir xəbər yoxdur.

Açıqlamada o da qeyd edilib ki, Suriya rejimi Ramazan ayının başlamasından qorxuya düşərək, təzyiqlərini daha da artırıb. Onu da qeyd edək ki, adı çəkilən QHT itkin düşdüyünü iddia etdiyi şəxslərin hamısının adları və şəkillərini da yayımlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar