İsrail üçün məşhur avtomat yaradan şəxs oğlunu bəlaya salıb...
27 iyul 2011 23:19 (UTC +04:00)

İsrail üçün məşhur avtomat yaradan şəxs oğlunu bəlaya salıb...

Lent.az-ın “mignwes.com” saytına istinadən verdiyi məlumata görə, polis Zeev Qalilin Xod-Xaşaron şəhərindəki evinə ailədə baş verən mübahisə ilə bağlı gedib. Qanuna görə, belə mübahisələrin iştirakçısı silahını təcili polisə təhvil verməlidir. Zeev Qalil gəzdirmək üçün icazə verilən şəxsi revolverini təhvil verib, daha sonra isə deyib ki, atasının evdə çoxlu sayda odlu silahdan ibarət kolleksiyası var. Atası bu kolleksiyanı ömrü boyu toplayıbmış.


Polisə həmin kolleksiya göstərilib. Kolleksiyada 12 tüfəng və 38 revolver olub. Zeev Qalil dərhal silah ticarətində şübhəli şəxs kimi saxlanılıb. Tüfənglər və tapançalar lehimlənib, mexanizmlərinin görünməsi üçün onların çoxu kəsilib. “Qalil” avtomatının yaradıcısı öz kəşfi üçün əvvəlcə bu silahların mexanizmini öyrənib.


Ancaq bu, polisin “Qalil” avtomatının yaradıcısının oğlunu silah ticarətində şübhəli şəxs kimi saxlamağa mane olmayıb. Zeev Qalil 9 saat dindirilib. Silahlar isə test üçün laboratoriyaya göndərilib. Zeev Qalil deyib ki, gülməli, yoxsa ağlamalı olduğunu bilmir: “Polis nə qədər cahildir! Kolleksiyadakı silahların əksəriyyətinin 100 ildən çox yaşı var. Onlar fikirləşirlər ki, mən israilli killerlərə İkinci Dünya Müharibəsində almanların istifadə etdiyi mauzeri satacağam?”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 929

Oxşar yazılar