Norveçli qatil qadınlara nifrət edirmiş
27 iyul 2011 12:34 (UTC +04:00)

Norveçli qatil qadınlara nifrət edirmiş

Norveçdə dəhşətli qətliam törədən Anders Berinq Breyvikin qadınların hamısını fahişə saydığı üçün onlara nifrət etdiyi məlum olub.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Anders Berinq Breyvik feminist olan anası Vence Berinq və ögey bacısı Elizabetin də ona və ailələrinə utanc gətirdiyini bildirib.


Feminizm və seksual inqilab nəticəsində dağılan bir ailənin övladı olduğunu xatırladan qatil yazdığı gündəlikdə qeyd edir ki, anası atasından boşandıqdan sonra seks manyakı olan bir hərbçi ilə birgə yaşamağa başlayıb. Əmin kişidən anasına cinsi yolla xəstəlik keçib. Nəticədə anasının beyin funksiyaları pozulub və qadın hazırda 10 yaşlı uşaq zəkasına sahibdir.



Müasir qadınların hamısının fahişə olduğunu vurğulayan Anders Berinq Breyvik ögey bacısı Elizabetin 40 kişi ilə cinsi əlaqədə girdiyini və bu səbəbdən bel xəstəsi olduğunu yazıb. Özünün də bir zamanlar qızğın seksual həyat yaşadığını etiraf edən qatilə görə, belə həyat tərzi cəmiyyətə utanc gətirir və xəstə cəmiyyətin bu vəziyyətdən çıxmasını zəruri sayır. O, gündəliyində Osloda Smestad İbtidai Məktəbində oxuyarkən zorla keçirilən hörgü və tikiş dərslərindən də nifrət etdiyini yazıb: “Bu dərslər avropalı kişiləri feministləşdirən, cinsi bərabərliyi təbliğ edən marksizm utopiyasının bir hissəsidir”.


Anders Berinq Breyvikin vəkili Geir Lippestad isə deyib ki, müvəkkili öldürdüyü insanların sayını bilmir və cəmiyyətin reaksiyasından xəbərsizdir. Vəkil qatilin ilk olaraq ondan neçə insanı öldürdüyünü soruşduğunu bildirib. Müvəkkilini çox soyuqqanlı insan kimi xarakterizə edən Geir Lippestada görə, onun ağlı yerində deyil: “Ancaq onun müdafiəsini dəli olduğu yönündə quracağımı söyləmək hələ tezdir. Anders Berinq Breyvik psixoloji testdən keçməzsə, onun vəkilliyindən imtina edəcəyəm. O, özünü həqiqəti söyləyən yeganə insan sayır. Adada qətliam törətməzdən əvvəl yuxulamamaq üçün dərman da içib”.

Vəkil müvəkkilinin məhkəməyə gələn zaman öldürüləcəyini düşündüyünü, Norveç həbsxanalarında işgəncə verildiyinə inandığını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 515

Oxşar yazılar