ABŞ Konqresi yeni seks qalmaqalı ilə silkələnir
ABŞ konqresmenlərindən biri də seks qalmaqalı ilə üzləşib. Lent.az-ın “The Oregonian” qəzetinə istinadən verdiyi məlumata görə, Oregon ştatından seçilən 56 yaşlı demokrat Devid Vu onun seçki kampaniyasına pul xərcləyən dostlarından birinin yetkinlik yaşına çatmamış qızı ilə intim münasibətdə olub.
Qəzet yazıb ki, konqresmenin dostunun qızını zorlayıb. Mətbuat olayın detallarını yazmasa da, bu faktın özü belə Devid Vunun istefa verməsi üçün yetərli sayılır. Devid Vu isə deyib ki, məsələyə şərh verməyəcək. Qızın özünə və ailəsinə stress yaşatmaq istəmir. Nümayəndələr Palatasının sədri Nensi Pelosi isə etika komitəsini seksual qalmaqalla bağlı araşdırma aparmağa və müvafiq tədbir görməyə səsləyib.
Qeyd edək ki, Devid Vu ABŞ Konqresində Çin əsilli yeganə konqresmendir. O, Tayvanda anadan olub, uşaqlıq illərində valideynləri ilə birlikdə ABŞ-a köçüb.

1249