ABŞ-ın sanksiya tətbiq etdiyi məşhur mafiyaların adları açıqlandı
26 iyul 2011 17:10 (UTC +04:00)

ABŞ-ın sanksiya tətbiq etdiyi məşhur mafiyaların adları açıqlandı

ABŞ administrasiyası transmilli cinayətkarlığa qarşı yeni mübarizə strategiyasını açıqlayıb.

Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, strategiyaya əsasən 4 böyük cinayətkar qruplaşmaya qarşı sanksiya tətbiq olunub. Söhbət italyanların “Kamorra”, yaponların “Yakudza”, meksikalı narkotacirlərin “Los Zetas” və keçmiş SSRİ-də cinayətkar aləmin yaratdığı “Qardaşlıq” qruplaşmalarından gedir. Bu mafiyaların ABŞ-da daşınmaz əmlakları və bank hesabları dondurulacaq, ABŞ-a gəlişlərinə və amerikalılarla kommersiya razılaşmaları həyata keçirmələrinə qadağa qoyulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 562

Oxşar yazılar