Türkiyənin “B” planı
26 iyul 2011 14:55 (UTC +04:00)

Türkiyənin “B” planı

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, “Mavi Mərmərə” hesabatının açıqlanması avqustun 20-dək təxirə salınıb. İsrailin üzr istəyəcəyinə dair ehtimalların artmasına baxmayaraq, “Təl Əviv üzr istəməsə, Ankara nə edəcək?” sualı da aktuallığını qoruyur. Türkiyə bu halda “B” planını dövrəyə soxacaq. “B” planı daha çox əlaqələrin diplomatiya hissəsinə aiddir. “Mavi Mərmərə” basqınından bəri Türkiyə İsraildə səfir səviyyəsində təmsil olunmur. Üzr istənmədiyi təqdirdə təmsilçilik səviyyəsi daha da düşürüləcək.

Eyni zamanda Ankaranın İsrailin növbəti səfirini qəbul etməməsi ehtimalı da gündəlikdədir. İsrailin Türkiyədəki səfiri Qabi Levinin səlahiyyət müddətinin bitməsinə qısa müddət qalıb. İsrail bundan sonra Türkiyənin yeni səfiri qəbul etməyəcəyindən narahatdır.

“B” planı iqtisadi və sosial əlaqələri də əhatə edir. Üzr istəmədiyi təqdirdə İsrail məhsullarının boykot edilməsi də gündəmə gələ bilər. Beynəlxalq sahədə Türkiyənin hərəkətə keçməsi də sürpriz olmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 569

Oxşar yazılar