ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisindən şok etiraf
26 iyul 2011 11:33 (UTC +04:00)

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisindən şok etiraf

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mixael Mullen Liviyada çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sentyabrın 30-da istefaya getməyə hazırlaşan Mixael Mullen Vaşinqtonda keçirdiyi mətbuat konfransında deyib ki, böyük mənada çıxılmaz vəziyyətə düşdüklərinə baxmayaraq, NATO təyyarələrinin hava zərbələri Liviya prezidenti Müəmmər Qəddafinin qüvvələrinə ciddi zərbə vurub.

Baş Qərargah rəisi düşünür ki, uzaq perspektivə hesablanmış strategiya Müəmmər Qəddafini hakimiyyətdən uzaqlaşdıra bilər. O, ABŞ-ın Liviya qiyamçılarını silahlandırmaqla bağlı bir qərarının olmadığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar