“Taliban” NATO-nun vertolyotunu vurub
25 iyul 2011 19:51 (UTC +04:00)

“Taliban” NATO-nun vertolyotunu vurub

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, NATO-dan verilən açıqlamada vertolyotun bu gün ölkənin şərqində qəzaya uğradığı, silahlıların atəş açdığı xilasetmə qruplarının bütün ekipaj üzvləri və sərnişinləri yaxınlıqdakı bazaya daşımağı bacardıqları bildirilib.

Açıqlamada qəzanın səbəblərinin araşdırıldığı qeyd edilib. “Taliban” isə vertolyot vurduğunu açıqlayıb. Kunar valisinin sözçüsü Seyfullah Vasifullar Vasifi də Çara Dara bölgəsində düşən vertolyotun raketlə vurulduğunu təsdiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609

Oxşar yazılar