“Nabucco”ya ciddi rəqib
25 iyul 2011 18:35 (UTC +04:00)

“Nabucco”ya ciddi rəqib

İran, Suriya və İraq bu gün İranın cənubundan başlayaraq Şərqi Aralıq dənizi və Avropaya qədər uzanacaq qaz kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayıblar.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yeni qaz kəməri “İslam magistralı” adlandırılıb.

Bu, Avropa Birliyi və ABŞ-ın çəkilməsinə can atdığı “Nabucco” qaz kəməri üçün ciddi rəqib sayılır. “Nabucco” kəməri ilə Orta Asiya və Xəzər qazı nəql olunması nəzərdə tutulub.

“İslam magistralı” layihəsinin dəyəri 10 milyard qiymətləndirilir. 1,5 min kilometr uzunluqda kəmərin 2014-2016-cı illərdə tikilərək istifadəyə veriləcəyi gözlənilir. Bu kəmərlə İranın Cənubi Pars yatağındakı qazın İraq üzərindən Suriya və Livana, Şərqi Aralıq dənizi rayonlarına, o cümlədən Avropaya nəqli nəzərdə tutulub. Qaz kəmərinin tikintisi üçün İran, İraq və Suriya dövlət şirkətlərinin iştirakı ilə beynəlxalq konsorsium yaradılacaq. Beynəlxalq konsorsiuma özəl şirkətlər, o cümlədən Qərb şirkətləri dəvət olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514

Oxşar yazılar