Rusiya keyfiyyətli benzinə keçid üçün tələsmir
25 iyul 2011 19:45 (UTC +04:00)

Rusiya keyfiyyətli benzinə keçid üçün tələsmir

Ötən il Rusiya hökuməti 2011-ci ilin sentyabrın 5-dən etibarən ölkə ərazisində “Avro-3” standartına cavab verməyən, həmçinin oktan ədədi 95-dən aşağı olan benzinlərin satışının qadağan olunması barədə qərar verdi.


Lent.az-ın rus saytlarına istinadla xəbərinə görə, bu günlərdə Federal Antiinhisar Xidməti qərarın icrasının təxirə salındığını açıqladı. İndi neft emalı zavodlarına texnologiyanı təzələmək üçün gələn yayadək vaxt verildi. Lakin bu müddətin də son olmayacağı bəri başdan bəllidir. Belə ki, Rusiyada “Avro-3”ə keçid barədə qərar 2009-da verilsə də, sonradan onun icrası dəfələrlə təxirə salınıb. Yeganə fərq “A-76” markalı benzinin istehsalının azalmasıdır ki bu da əhalinin benzin mühərrikli yük avtomobillərindən imtina etməsi ilə əlaqədardır.


Hazırda Rusiya əhalisinin əksəriyyəti 93 oktanlı benzin istifadə etməyi tərcih edir.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar