Misir yenə qaynayır
25 iyul 2011 15:12 (UTC +04:00)

Misir yenə qaynayır

Misirdə son bir həftə ərzində müxaliflərlə ordu arasında başlayan gərginlik artmaqda davam edir. Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, ordunun müxalif nümayişçilərə güc tətbiq etməsindən sonra bir çox siyasi hərəkat yeni aksiyaların başlaması üçün çağırışlar edir.

Gənclik və İnqilab Hərəkatı ordu əleyhinə aksiyalarda müxalifətçilərə qarşı güc tətbiqinə etiraz məqsədilə xalqı cümə günü meydana dəvət edib. Misir mediasının yazdığına görə, Müsəlman Qardaşlar Hərəkatı da cümə günü Qahirədə və digər vilayətlərdə “Sabitlik cüməsi” adı altında aksiya keçirməyə hazırlaşır. Müsəlman Qardaşlar Təşkilatı seçkilərdən əvvəl yeni Konstitusiyanın qəbulunu tələb edir.

Sələfi qrupları isə Misir Ali Hərbi Şurasına dəstək vermək üçün meydanlara çıxacaq. Sələfi sözçüsü deyib ki, “Kimlik və sabitlik” adı altında cümə günü keçirəcəkləri aksiyada 10 milyon insanın iştirakını gözləyirlər.

Qeyd edək ki, Misirdə keçən cümə başlayan aksiyalarda hərbçilərin gözyaşardıcı qazdan istifadə etməsi və nümayişçilərə “baltaçı” deyilən mülki qrupların hücumu nəticəsində 300-dən çox insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454

Oxşar yazılar