ABŞ-da defolt təhlükəsi artır
ABŞ-ı gözləyən defolt təhlükəsinin qarşısını almaq üçün Konqresdə respublikaçılarla demokratlar arasında aparılan büdcə müzakirələri nəticəsiz bitib. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, maliyyə bazarında artan gərginliyə baxmayaraq, qanunverici orqanın təmsilçiləri razılığa gələ bilməyiblər.
Əgər avqustun 2-ə qədər dövlət borcunun limiti ilə bağlı qərar qəbul edilməzsə, Barak Obama administrasiyasının xərcləri, o cümlədən pensiyaları maliyyələşdirmək üçün bütün imkanları tükənəcək. Barak Obama bu gün növbəti dəfə respublikaçılarla razılığa gəlmək üçün cəhd göstərəcək.

594