NATO Liviya paytaxtını bombaladı
23 iyul 2011 17:24 (UTC +04:00)

NATO Liviya paytaxtını bombaladı

Dünən NATO qüvvələri Liviyanın paytaxtı Tripolidə bəzi hərbi bazaları bombalayıb.


Lent.az-ın “dünyabülteni”nə istinadla xəbərinə görə, şahidlər bildirib ki, paytaxtda 5 şiddətli partlayış baş verib. Partlayış səsləri Liviya lideri Qəddafinin yaşadığı iqamətgahın yaxınlığında eşidilib. Qəddafi hökumətinin sözçüsü Musa İbrahim deyib ki, yüksək vəzifəli liviyalı rəsmilər ötən həftə amerikalı həmkarları ilə görüşüb. O, bu görüşlərin gələcəkdə də davam etməsini, amerikalılarla görüşlərinin ardıcıl olmasını arzuladıqlarını bildirib.


Ölkədəki müxalifətlə də görüşməyə hazır olduqlarını qeyd edən M.İbrahim bu görüşün ancaq liviyalı hökumət rəsmiləri ilə baş tutacağını vurğulayıb: “Qəddafi bu görüşlərdə iştirak etməz və görüşlərdə də ancaq bizim şərtlərimiz olar. Onlar silahlarını yerə qoyub, danışıq masasına əyləşə bilərlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 638

Oxşar yazılar