Ermənilər niyə azalır?
22 iyul 2011 21:43 (UTC +04:00)

Ermənilər niyə azalır?

Lent.az-ın “armenews.com” istinadla xəbərinə görə, bu məlumat BMT-nin Əhali Fondunun hesabatında əks edilib. Hazırda ölkə əhalisinin sayı 2.97 milyondur. Lakin erməni ailələrinin 57%-i ikiuşaqlıdır ki, bu da təbii artım üçün kifayət deyil. Bir çox ailə isə heç ikinci uşağı da istəmir. Vəziyyət bu cür davam edərsə, Ermənistan əhalisi bir-neçə ildən sonra sürətlə qocalacaq.


Məsləyə daha diqqətli yanaşsaq, vəziyyətin daha ciddi olduğunu görərik. Təyyarə ilə ölkədən çıxanların əksəriyyəti yalnız gediş bileti alır. “Armavia”nın təyyarələri dolu gedib yarıboş qayıdır. Bir faktı deyək ki, 2009-2010-cu illərdə 57 000 erməni Rusiyada vətəndaşlıq alıb. Rusiya vətəndaşlığını tərcih edən millətlər arasında ermənilər liderlik edir. Siyasi və iqtisadi səbəblərdən ölkədən qaçanları da nəzərə alsaq, BMT-dən daha bədbin proqnoz vermək olar.

Görünür, Azərbaycanla münaqişənin əvəzini sadə ermənilər hələ daha ağır ödəyəcək.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar