İran BMT-nin xüsusi məruzəçisini ölkəyə buraxmır
21 iyul 2011 19:55 (UTC +04:00)

İran BMT-nin xüsusi məruzəçisini ölkəyə buraxmır

Lent.az-ın “PressTV” telekanalına istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Ramin Mehmanparast bəyan edib.

Ramin Mehmanparast deyib ki, BMT-nin insan hüquqları üzrə İrana xüsusi məruzəçi təyin etməsi siyasi və qanunsuz addımdır, Tehran heç bir şəraitdə xüsusi məruzəçinin ölkəyə gəlişinə icazə verməyəcək: “Təəssüf ki, insan hüquqları bəzi Qərb ölkələrinin əlində siyasi vasitəyə çevrilib. Həmin Qərb ölkələrinin özündə insan hüquqları sahəsində ciddi problemlər var və insan hüquqlarının pozulması ilə bağlı çoxsaylı hadisələrdə günahlandırılırlar. İranla bağlı xüsusi məruzəçinin təyin edilməsi ölkədə siyasi gərginliyi artırmağa yönəlib”.

Qeyd edək ki, BMT Şurası iyunun 17-də Maldiv Adalarının keçmiş xarici işlər naziri Əhməd Şəhid insan hüquqları üzrə İrana xüsusi məruzəçi təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar