1 avroya görə 7 il davam edən çəkişmə
21 iyul 2011 23:15 (UTC +04:00)

1 avroya görə 7 il davam edən çəkişmə

Lent.az-ın “7sur7.be”yə istinadla xəbərinə görə, hadisə belə baş verib: 27 iyul 2004-cü ildə pullu dayanacaqda avtomobili saxlayan sürücü parkmetrə 1 avro atmadan çıxıb gedib. Park rəhbərliyi dəfələrlə bu məbləği istəsə də, sürücü buna məhəl qoymayıb.

2009-cu ildə baş tutan məhkəmədə tərəflər 12.5 avro ödəyərək barışmaq qərarına gəlsələr də, sürücü bu dəfə də cığallıq edib. 2010-cu ildə isə məhkəmə məbləğin cərimə ilə birgə 1125 avro olduğunu bildirib.

Bu yaxınlarda isə apelyasiya məhkəməsi işi ləğv edərək yenidən baxılması üçün aşağı instansiyaya göndərib. Tərəflər yaxın günlərdə təkrarən məhkəmədə görüşməlidirlər.

Vüqar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 618

Oxşar yazılar