Mübarəkin ölüm yatağına düşməsi xəbəri yayıldı
18 iyul 2011 10:37 (UTC +04:00)

Mübarəkin ölüm yatağına düşməsi xəbəri yayıldı

Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, Hüsnü Mübarəkin vəkilləri sabiq prezidentin dünən komaya düşdüyünü bildiriblər. Ancaq Hüsnü Mübarəkin müalicə aldığı Şarm-əl-Şeyx Hospitalının həkimləri bunu təkzib ediblər.

Qeyd edək ki, Hüsnü Mübarək və onun oğulları üzərində keçiriləcək məhkəmə prosesinə bir aydan da az vaxt qalıb. Hüsnü Mübarək və oğulları bu ilin əvvəlində keçirilən aksiyaların iştirakçılarına qarşı qəddarlıqda, dövlət vəsaitinin mənimsənməsində ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 423

Oxşar yazılar