PKK terrorçuları polisi atəşə tutublar
16 iyul 2011 12:14 (UTC +04:00)

PKK terrorçuları polisi atəşə tutublar

PKK terrorçuları Türkiyədə polislərə hücum çəkib. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, iyulun 15-də axşam saat 21:50 radələrində Siirt rayon mərkəzində polis-patrul maşınına atəş açılıb.

Açılan ilk atəş nəticəsində polis komissarı Osman Demir ağır yaralanıb. Maşındakı digər polislər cavab atəşi açıblar. Qısa müddətli atışmadan sonra terrorçular qaçıblar. Osman Demir Siirt Dövlət Xəstəxanasına aparılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq polis komissarı şəhid olub.

Siirt rayon mərkəzində PKK terrorçularının yaxalanması üçün əməliyyat başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar