Pentaqon kiberhücuma məruz qaldığını etiraf etdi
15 iyul 2011 11:52 (UTC +04:00)

Pentaqon kiberhücuma məruz qaldığını etiraf etdi

Pentaqon 2011-ci ilin martında tarixi ərzində ən iri məlumat bazasının oğurlanması ilə nəticələnən kiberhücuma məruz qaldığını açıqlayıb. Lent.az-ın məlumatına görə, ABŞ müdafiə nazirinin müavini Uilyam Linn bildirib ki, söhbət 24 min fayldan gedir.

Linn kompüter şəbəkəsinə hücumun xarici dövlətdən təşkil olunduğunu söyləyib. Lakin o, həmin ölkənin adını və hansı informasiyanın oğurlandığını açıqlamayıb. Amma əvvəllər hərbi qurum Rusiya və Çindən olan hakerləri kiberhücumlarda ittiham edib.

Müdafiə nazirinin müavini Pentaqonun daha çox terrorçu qruplar və bəzi ölkələrin təşkil etdikləri haker hücumlarından ehtiyatlandığını açıqlayıb. Onun sözlərinə görə, ABŞ-ın hərbi gücünü gözəl anlayan ölkələrin rəhbərləri açıq münaqişəyə girməyə risk etmirlər. Məxfi materialların terrorçuların əlinə keçməsi isə ən ciddi və ağlagəlməz aqibətlə sonuclana bilər.

Qeyd edək ki, Pentaqonun işində ümumilikdə 15 min kompüter şəbəkəsi və onlarla ölkədə olan 7 milyonadək kompüterdən istifadə olunub. İyulun 12-də Pentaqonun podratçısı sayılan “Booz Allen Hamilton” şirkətinin serverinin sındırılması barədə məlumat verilib. Nəticədə “Anonymous” qrupundan olan hakerlər 90 mindən çox amerikalı hərbi qulluqçunun elektron poçt ünvanlarını ələ keçiriblər. 20011-ci ilin mayında Ağ Ev “İnternet məkanı üzrə beynəlxalq strategiya”sını dərc edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar