Tapdığı 1 milyon avronu polisə verən hərbçi həbs oluna bilər
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, ötən həftənin bazar günü Almaniyanın “Bad Kissingen” qəsəbəsinin yaxınlığında pul daşıyan zirehli maşından düşən pul dolu qutuları küçədən götürən hərbi maşının sürücüsü iki gün sonra polisə təhvil verib.
Bununla belə, böyük bir sərvətdən imtina edən alman əsgəri bu hərəkətinin “cəza”sını çəkə bilər. Belə ki, qəsəbə polisi onun niyə pulu tapdığı gün deyil, iki gün sonra təhvil verməsini araşdırır. Əsgərin pulları özünə saxlamaq üçünmü, yoxsa başqa bir səbəbdənmi iki gün gec verdiyi araşdırma mövzusudur.
İşlə məşğul olan prokuror deyib ki, əgər əsgər vicdani cəhətdən təzad yaşayıb, yaxud pulu qorxudan polisə təhvil veribsə, onunla bağlı cinayət işi qaldırılacaq.

536