Bir Ladenin arvad-uşağı vətənlərinə göndəriləcək
06 iyul 2011 17:20 (UTC +04:00)

Bir Ladenin arvad-uşağı vətənlərinə göndəriləcək

ABŞ xüsusi təyinatlıları tərəfindən mayın 2-də Abbotabad şəhərində öldürülmüş “əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin Pakistanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan arvadları və uşaqları vətənlərinə göndəriləcək.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, mayın 2-də Pakistan təhlükəsizlik qüvvələri Üsamə Bin Ladenin öldürüldüyü evdə onun 3 arvadı və uşaqları daxil olmaqla, 16 nəfəri saxlayıb.

Artıq onların dindirilməsi başa çatıb. Pakistan rəsmiləri bildiriblər ki, Üsamə Bin Ladenin biri Yəməndən, ikisi isə Səudiyyə Ərəbistanından olan arvadları öz ölkələrin göndəriləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar