Cümə namazından sonra Suriyada insanlar yenə küçələrə axışdılar
Bu gün də Suriyada ordunun ölkənin şimal-qərbindəki qəsəbələrdə həyata keçirdiyi əməliyyatlara baxmayaraq, on minlərlə insan cümə namazından sonra küçələrə axışıb. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, paytaxt Dəməşq və böyük şəhərlərlə bərabər, kəndlərdə də aksiyalar keçirilir.
Aksiyalarda prezident Bəşər Əsəd və rejim əleyhinə şüarlar səsləndirilir.
Qeyd edək ki, iyunun 30-dan iyulun 1-ə keçən gecə Suriya ordusunun İdib vilayətindəki kəndlərdə apardığı əməliyyat zamanı 3 nəfər mülki şəxs öldürülüb. Son 2 gündə bu bölgədə öldürülən kəndlilərin sayı 14 nəfərə çatıb.

503