Dünyanın ən uzun körpüsü – 42 kilometr! – FOTO
01 iyul 2011 12:53 (UTC +04:00)

Dünyanın ən uzun körpüsü – 42 kilometr! – FOTO

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, körpünün ümumi uzunluğu 42 kilometr təşkil edir. Körpü Sarı dəniz akvatoriyasındakı Tsindao limanını Xuandao adası ilə birləşdirəcək.

Konstruksiyada 6 hərəkət xətti var. İlk avtomobillər körpüdən yerli vaxtla saat 10:19-da (Bakı vaxtı ilə 07:19) keçib. Tszyaoçjou buxtasından keçən körpü 4 ilə tikilib. Tikinti işlərinə 2007-ci ildə başlanılıb. Konstruksiyanı 5 min beton dirək saxlayır və o, 8 ballıq zəlzələyə davamlıdır.

Tikintiyə 10 milyard yuan (1,5 milyard dollar) investisiya qoyulub. İnşaatçılar onun 100 ildən çox istifadədə olacağına ümid edirlər.

Ginnesin rekordlar Kitabındakı məlumata görə, buna qədər ən uzun körpü Amerikanın Luiziana ştatındakı Ponçartreyn gölü üzərindəki damba-körpü olub. 1956-cı ildə tikilən bu körpünün uzunluğu 38 kilometrdir və o, Çin körpüsündən 4 kilometr qısadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2158

Oxşar yazılar