Stross-Kannın şərləndiyi məlum olur
Bu gün növbəti dəfə Nyu-Yorkda məhkəmə önünə çıxarılacaq Beynəlxalq Valyuta Fondunun (BVF) sabiq prezidenti Dominik Stross-Kannın narkomafiyanın qurbanı olduğu ortaya çıxır. Lent.az-ın “The New Times” qəzetinə istinadən verdiyi məlumata görə, prokurorluq bu ilin mayında Nyu-York ətrafındakı “Sofitel” otelində Dominik Stross-Kann cinsi təcavüzünə uğradığını iddia edən qulluqçu qadının yalan ifadələr verdiyi qənaətinə gəlib.
ABŞ-da sığınacaq almış bu haitili qadının olayın baş verdiyi gün bir kişi ilə telefon danışığı istintaqa məlum olub. Qadın həmin telefon danışığında Dominik Stross-Kannı cinsi təcavüzə cəhdlə bağlı şərləməyin mümkünlüyünü müzakirə edir. “The New Times” qəzeti telefonda danışan kişinin şəxsiyyətinin müəyyənləşdirildiyini yazıb. Həmin şəxs bir zaman narkotik vasitə qaçaqmalçılığına görə həbs olunub. O, narkotik qaçaqmalçılığı və çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qrupun üzvlərindəndir. “The New Times” qeyd edir ki, bu məqam BVF-nin sabiq prezidenti barəsində qaldırılmış cinayət işinin bütünlüklə ləğv olunmasına yol aça bilər.
Xatırladaq ki, Dominik Stross-Kann otelə baş verənlərin qulluqçu qadının razılığı ilə olduğunu söyləyib.

488