Polşa Avropa Birliyinin sədri oldu
01 iyul 2011 10:53 (UTC +04:00)

Polşa Avropa Birliyinin sədri oldu

Lent.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, rəsmi Varşava 7 il əvvəl AB-yə üzv olandan bəri ilk dəfə bu funksiyanı yerinə yetirəcək.

Polşa sədrliyi dövründə şərqdəki qonşularına – Ukrayna və Belarusa AB-nin təsirini artırmağa çalışacaq. Bundan əlavə, yeni sədr birliyin bəzi ölkələrində böhran şəraitində AB-nin büdcəsi ilə bağlı çətin danışıqlar aparmalı olacaq.

Sədrlik rəsmi olaraq Polşa və Macarıstan baş nazirləri Donald Tusk və Viktor Orban arasında keçirilən görüş zamanı təhvil veriləcək. Polşa AB-yə 2011-ci il dekabrın 31-nə kimi sədrlik edəcək. Sonra bu postda onu Danimarka əvəzləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar